Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prosessorlar 10 nanometrdən 1.4 nanometrə keçəcək

Prosessorlar 10 nanometrdən 1.4 nanometrə keçəcək

Tarix: 19 Dekabr 2019 23:12

İntel şirkəti uzun illərdir ki, prosessor ekosistemində lider mövqeyidə oturub. Lakin son illərdə AMD-nin arxitektura dəyişməsi səbəbilə ciddi rəqabət ortamı yarandı. Bir konfrans zamanı şirkətin 10 illik planı haqqında danışıldı və yol xəritəsi göstərildi. 1968-ci ildə Gordon E. Moore tərəfindən təməlləri atılan İntel şirkəti bu günə qədər bir çox cihaz üçün prosessor istehsal etdi. Moore qanununa əsasən prosessorlarda hər 2 ildən bir tranzistor sayı 2 dəfə çoxaldıla biləcəkdi. AMD şirkəti bu qanundan qismən kənara çıxa bildi.

İntel CEO-su Martin van den Brink tərəfindən verilən məlumata görə şirkət 10 nanomentrdən 1.4 nanometrə keçməyi düşünür və bu proses 10 il ərzində tamamlanacaq.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, yeni planlara görə İntel şirkəti hər 2 ildə 1 dəfə istehsal texnologiyasında yeniliklər edəcək. Bu Moore qanunun bir başqa formasına bənzəyir. Şəkilə əsasən görünür ki, şirkət 2020 və 2021-də 10 nm++ və 10 nm+++ arxitekturadan istifadə edəcək. Həmçinin həmin il 7 nm-ə keçid üçün də hazırlıqlar başlayacaq. Hər arxitektura üçün nm, nm+ və nm++ olmaqla 3 dəfə istehsal planı hazırlanıb. Bütün bunlardan sonra şirkət 2023-də 5 nm, 2025-də 3nm, 2029-da isə 1.4 nm-ə keçid etməyi planlayıb. Lakin nəzərə alsaq ki, TSMC firması artıq 2020 üçün 3nm arxitekturaya keçidə hazırlaqlara çoxdan başlayıb. Çox güman ki, İntel də geri qalmamaq üçün prosesləri sürətləndirə bilər.


Etiketlər:  Prosessorlar nanometrdən nanometrə keçəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ