Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğlan uşağının ölü doğulması ilə bağlı cinayət işi başlandı

Oğlan uşağının ölü doğulması ilə bağlı cinayət işi başlandı

Tarix: 20 Dekabr 2019 06:54

Masallı rayonunda oğlan uşağının ölü doğulması ilə bağlı cinayət işi başlanıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, hadisə Masallı rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Türkoba kənd sakini, 1999-cu il təvəllüdlü Ağarzayeva Aysel Zeydulla qızının ölü oğlan uşağı dünyaya gətirməsi barədə polisə məlumat daxil olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, A.Ağarzayeva dekabrın 18-də səhər saat 06 radələrində xəstəxanaya daxil olub, axşam saat 20:40 radələrində təbii doğuşla ölü oğlan uşağı dünyaya gətirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.


Etiketlər:  Oğlan uşağının ölü doğulması ilə bağlı cinayət işi başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ