Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 15:00
2016-cı ilin aprel döyüşlərini araşdıran Ermənistanın Parlament Komissiyası ilin sonuna kimi sabiq prezident Serj Sarkisyanı dindirməyə çağırmayacaq.
Sonxeber.net xəbər verir ki, daha əvvəl komissiyanın rəhbəri Andranik Köçəryan 40-a yaxın şəxsin dindiriləcəyini və bunun bir neçə ay çəkəcəyini bildirmişdi. Onun bu ilin sonuna qədər Serj Sarkisyanın, keçmiş müdafiə naziri Seyran Ohanyanın və sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun dindirilməyə çağırılacağı ilə bağlı açıqlamasına baxmayaraq, 2019-cu ildə sorğu-sual baş tutmayacaq. Söhbət ondan gedir ki, komissiya hələ şübhə və dindirilmə üçün əsas ola biləcək məlumatlar almayıb.
Azvision.az xatırladır ki, Ermənistan parlamenti dekabrın 10-da aprel müharibəsini araşdıran parlament komissiyasının fəaliyyətini altı ay müddətinə uzatmaq qərarına gəlib.