Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - ADLAR

Sumqayıtda avtomobil aşıb,  5 nəfər xəsarət alıb - ADLAR

Tarix: 20 Dekabr 2019 18:34

Bakı-Quba yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Qarşısına çıxan iti vurmamaq üçün manevr etmək istəyən avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olanlar - 1938-ci il təvəllüdlü Süleymanov Bəylər İsgəndər oğlu, 1964-cü il təvəllüdlü Məmmədov Xayman Qoçəli oğlu, 1960-cı il təvəllüdlü Eyvazov Füzuli Balağa oğlu, 1958-ci il təvəllüdlü Hüseynov Hüseynağa Mirhüseyn oğlu və 1988-ci il təvəllüdlü Zeynalov İlqar Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 


Etiketlər:  Sumqayıtda avtomobil aşıb nəfər xəsarət alıb ADLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ