Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ADRA-nın regionlarda keçirdiyi təlimlər başa çatıb (FOTO)

ADRA-nın regionlarda keçirdiyi təlimlər başa çatıb (FOTO)

Tarix: 21 Dekabr 2019 12:54

Bakı. Trend:

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Lənkəran şəhərindən start götürən təlimləri Bakı Şəhəri Reklam İdarəsində yekunlaşıb.

ADRA-dan Trend-ə verilən məlumata görə, əsasən qanunvericiliyə edilən dəyişikliklərlə bağlı keçirilən toplantılar Agentliyin bütün Regional İdarələrini əhatə edib.

Məqsəd ADRA-nın fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi aktlarda edilmiş dəyişikliklərin və qüvvədəki qanunvericilik aktlarının tələblərinin Agentliyin ərazi reklam idarələrində çalışan əməkdaşlarına ötürülməsi, onlarla yanaşı sahibkarlar da daxil olmaqla ictimaiyyətin maarifləndirilməsi olub. Agentliyin İcazə və Razılaşdırma şöbəsinin Ekspertiza və icazələrin qeydiyyatı sektorunun müdiri Səbuhi Bəşirov, Müraciətlərin qəbulu sektorunun baş mütəxəssisi Röya Abdullazadə və Hüquq şöbəsinin böyük hüquqşünası Lalə Fərzəliyeva qanunvericiliyə edilən dəyişikliklər barədə bu dəfə Bakı Şəhəri Reklam İdarəsinin əməkdaşlarını məlumatlandırıblar.

Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Quba, Şəki, Bərdə, Şirvan Regional İdarə əməkdaşları üçün keçirilən tədbirlər Agentliyin Regional İdarələrinin mərkəzi aparatla ahəngdar və sistemli şəkildə çalışmasıni təmin etmək, açıq məkanda reklam yayımı zamanı Azərbaycan dilinin qorunması kimi vacib mövzuları əhatə edib. Əməkdaşlar yaxın gələcəkdə tətbiq olunacaq onlayn müraciət barədə də praktik olaraq məlumatlandırılıblar. Agentliyin regionlarla daha sıx və əlaqəli fəaliyyətini təmin etmək üçün gələcəkdə bu tip təlimlərin davam etdirilməsi nəzərədə tutulur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

ADRA-nın regionlarda keçirdiyi təlimlər başa çatıb (FOTO) ADRA-nın regionlarda keçirdiyi təlimlər başa çatıb (FOTO) ADRA-nın regionlarda keçirdiyi təlimlər başa çatıb (FOTO) ADRA-nın regionlarda keçirdiyi təlimlər başa çatıb (FOTO) ADRA-nın regionlarda keçirdiyi təlimlər başa çatıb (FOTO) ADRA-nın regionlarda keçirdiyi təlimlər başa çatıb (FOTO) ADRA-nın regionlarda keçirdiyi təlimlər başa çatıb (FOTO) ADRA-nın regionlarda keçirdiyi təlimlər başa çatıb (FOTO) ADRA-nın regionlarda keçirdiyi təlimlər başa çatıb (FOTO) ADRA-nın regionlarda keçirdiyi təlimlər başa çatıb (FOTO)


Etiketlər:  ADRA nın regionlarda keçirdiyi təlimlər başa çatıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ