Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 15:10
Ukrayna millisi və Kiyev "Dinamo"sunun hücumçusu Artyom Besedin dopinq qəbul etməkdə şübhəli bilinir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, "Dinamo"ya Besedinin antidopinq qaydalarını pozması ilə bağlı UEFA-dan məlumat daxil olub. Hazırda məsələ ilə bağlı araşdırılır.
Qeyd edək ki, bu mövsüm Besedin keçirdiyi 23 oyunda 8 qol vurub və bir məhsuldar ötürmə edib. İndiyə qədər isə Ukrayna millisinin heyətində keçirdiyi 12 oyunda 8 qol vurub.