Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 23:42
Elm adamları səhərlər hansı içkinin daha faydalı olduğunu açıqlayıblar.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Braziliya, ABŞ, Fransa və Almaniyadan olan bir qrup alim səhər nə içməyin daha yaxşı olması ilə bağlı araşdırma aparıblar.
Araşdırma nəticəsində məlum olub ki, səhər qəhvə içmək daha faydalıdır. Alimlərə görə, bu içki insanı gümrah etməklə bərabər bədənin qocalmasına səbəb olan koqnitiv pozğunluqla effektiv mübarizə aparmağa kömək edir.
Alimlər, bununla bağlı laboratoriyada gəmiricilər üzərində təcrübə aparıblar. Kofenin beynin normal işləməsini stimullaşdıra bildiyi və qocalma sürətini azaltdığı açıqlanıb.