Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 10:24
"Vaxtilə - 20 il əvvəl qadın şahmatçılara beynəlxalq yarışa yollandıqları vaxt sponsorluq etmişəm. Təbrik edirəm. Amma qadın voleybolçularımız da bu barədə düşünməlidirlər. Mənim üçün idmançılarla görüşmək çox xoşdur".
Qol.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Aqil Abbas İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2019" layihəsi çərçivəsində "7 Qalib" adlı mükafatlandırma mərasimində deyib.
"Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov buradadır. Çox təəssüf ki, Azərbaycanda milyonlar hesabına başa gəlmiş Olimpiya Kompleksləri imkanlı adamların üzgüçülük hovuzlarına və mehmanxanalara çevrilib. Onlar ayrı-ayrı təşkilatlarındır. Hamısını Gənclər və İdman Nazirliyinin balansına vermək lazımdır. Deyin görək 15 il ərzində bu qədər Olimpiya Kompleksi bir dənə idmançı, məşqçi yetişdirə bilibmi? Kənardan gətirilib milliləşdirilənləri nəzərdə tutmuram. Möhtərəm Prezident idmana bu qədər sərmayə qoyur, bunlar nə edir? Təklif edirəm ki, dövlər icra başçılarından pambıq planı istədiyi kimi idmançı planı da istəsin. O zaman idmançı yetişəcək". - deputat vurğulayıb.