Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 13:48
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi daşıyan 1 milyondan çox seçici var.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
M.Pənahov bildirib ki, Azərbaycanda 1,5 milyondan çox vətəndaşa yeni nəsil şəxsiyyət vəsiqəsi verilib: "Biz bütün məntəqələri yeni şəxsiyyət vəsiqələrini tanımaq üçün çip oxuyan qurğularla təmin etmişik".