Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samoada qızılca qurbanlarının sayı 79-a çatıb

Samoada qızılca qurbanlarının sayı 79-a çatıb

Tarix: 22 Dekabr 2019 14:00

Bakı. Trend:

Samoada qızılca epidemiyası qurbanlarının sayı 79 nəfərə çatıb, xəstələnənlərin sayı 5500 nəfəri keçib.

Trend-in məlumatına görə, ötən həftə 72 ölüm və 5154 yoluxma hadisəsinin qeydə alınması bildirilirdi. Ölənlərin əksəriyyəti dörd yaşınadək uşaqlardır.

Təxminən 200 min insanın yaşadığı adada kütləvi peyvənd edilməsi kampaniyası başlandığı vaxtdan əhalinin 94% -i peyvənd edilib.

Epidemiyanın başlanğıcı yanlış qızılca peyvəndi alan iki körpənin ölümü ilə başlayıb. Məsul tibb bacıları həbs cəzaları alsalar da, peyvənd qorxusu sosial şəbəkələrdə yayılmağa başlayıb və peyvəndlərin kütləvi şəkildə rədd edilməsinə səbəb olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Samoada qızılca qurbanlarının sayı çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ