Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 16:24
Artıq çəkidən təbii yolla xilas olmaq istəyən şəxslər iştahanı azaldan məhsullar qəbul etməlidir.
Sonxeber.net qafqazinfo-ya istinadən onlardan bir neçəsini təqdim edir:
Yaşıl çay: Sakitləşdirici təsiri ilə yanaşı, yaşıl çay iştahanın qarşısının alınmasında və artıq çəkidən yaxa qurtarmaqda çox faydalıdır. Onun tərkibi kofein və katexin antioksidantları ilə zəngindir. Kofein piylərin əriməsini stimullaşdırır və iştahanı azaldır, katexinlər isə metabolizmi sürətləndirir və orqanizmdə piyin miqdarını aşağı salır.
Avokado: Bu, iştaha azaldan möhtəşəm təbii məhsuldur. Avokado toxluq hissi yaradan liflərlə zəngindir. Bu meyvənin tərkibində bizim beynimizə doyma barədə siqnal göndərən sağlam yağlar mövcuddur.
Alma: Bu, liflərlə zəngin olan daha bir meyvədir. Alma toxluq hissini gücləndirir, qanda şəkərin miqdarını nizamlayır, bizim qeyri-sağlam qəlyanaltılara olan meylimiz nəticəsində yaranan enerji fərqini aradan qaldırır. Bundan başqa, almanı çeynəmək üçün bizə daha çox vaxt lazımdır. Deməli beynin doyma haqqında siqnalı almağa vaxtı çatır.