Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 16:30
İranın qapıları Yaponiya dövlətinə və yapon firmalarına hər zaman açıqdır.
İran Prezidenti Həsən Ruhani bunu Tokionu tərk edərkən jurnalistlərə bildirib. Prezident deyib ki, Yaponiya ilə İran iqtisadi sahədə əməkdaşlığı davam edəcək.
Həsən Ruhani Yaponiyanın dövlət rəhbərləri ilə keçirdiyi görüşlərin tərəflər üçün səmərəli olduğunu bildirib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İran və Yaponiya mətbuatı bu səfərə geniş diqqət ayırıb. Qeyd edilir ki, sanksiyaların tətbiqi İran iqtisadiyyatını çətin vəziyyətə salıb və rəsmi Tehran investisiya axtarışındadır. Yaponiya ABŞ-ın iradəsinə zidd olaraq İrana sərmayə yatıracaqmı? Bu sual mətbuatın müzakirəsindədir.