Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Tarix: 23 Dekabr 2019 21:44

Bakı. Trend:

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında Sizi öz xalqının rifahı naminə çalışan təcrübəli dövlət xadimi kimi tanıyırlar. Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda sanballı uğurlar qazanıb, tərəqqi və quruculuq yolu ilə inamla irəliləyir.

Biz Sizi Rusiyanın böyük dostu, strateji tərəfdaşlığımızın, müxtəlif sahələrdə, o cümlədən parlament xətti ilə ikitərəfli faydalı əməkdaşlığımızın möhkəmlənməsi kursunun davamçısı hesab edirik.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və firavanlıq diləyim.

Sizə yüksək ehtiramıma əmin ola bilərsiniz".

XXX

TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. TÜRKSOY təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin humanist və müdrik siyasəti sayəsində Azərbaycan Respublikası dünyada tutduğu layiqli yerini ildən-ilə daha da möhkəmləndirməkdədir.

TÜRKSOY-un Daimi Şurasının qərarı ilə 2019-cu ilin türk dünyasında “İmadəddin Nəsimi ili” elan edilməsi, Nəsimi yaradıcılığının üzv ölkələrimizdə və dünyanın müxtəlif dövlətlərində beynəlxalq tədbirlər keçirərək tanıdılması TÜRKSOY ilə Azərbaycan arasındakı mədəni birliyimizin inkişafına xidmət etməkdədir.

Fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə hər zaman göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

XXX

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviçdən:

"Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə böyük məmnuniyyətlə təbrik edir, möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan ilə Monteneqronun dostluq və tərəfdaşlığının möhkəmləndirilməsinə, xalqlarımızın mənafeyi və firavanlığı naminə işə Sizin misilsiz töhfənizi xatırlatmaq mənim üçün böyük şərəfdir. Sizinlə əməkdaşlığı yüksək qiymətləndirir, əmin olduğumu bildirirəm ki, Monteneqro ilə Azərbaycan arasında münasibətlər birgə səylərimizlə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək xatırlatmaq istərdim ki, Sizin müdrik rəhbərliyiniz, uzaqgörənliyiniz və rasional həllər tapmaq bacarığınız sayəsində Azərbaycan bu gün ictimai həyatın bir çox sahələrində müsbət nümunə kimi tanınır.

Zati-aliləri, qarşıdan gələn illərdə də Sizə ali dövləti vəzifənizdə uğurlar diləyir, ailənizə və dost Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzu edirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir


RƏYLƏR