Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstanlı müşahidəçi: Seçkilərin səviyyəsi məni tamamilə qane etdi

Bolqarıstanlı müşahidəçi: Seçkilərin səviyyəsi məni tamamilə qane etdi

Tarix: 23 Dekabr 2019 22:45

Bolqarıstan Seçki Komissiyasının üzvü kimi Azərbaycanda keçirilən bələdiyyə seçkilərini müşahidə etdim. Buraya gəlməkdə məqsədimiz seçkilərin gedişi ilə yaxından tanış olmaq və bu prosesi izləməkdir. Gün ərzində 4 seçki məntəqəsində olmuşuq. İnsanlar öz namizədlərini seçmək üçün məntəqələrə gəlib, öz səslərini verirdilər. Müşahidəçi qismində iştirak etdiyim məntəqələrdə hər şey öz qaydasında idi və seçkilərin səviyyəsi məni tamamilə qane etdi.

Sonxeber.net bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bolqarıstandan olan müşahidəçi Nikolay Nikolov deyib.

"Seçkilər çox sakit və sərbəst şəkildə keçdi və heç bir xüsusi hal qeydə alınmadı. Azərbaycan xalqına, dövlətinə fevral ayında keçiriləcək parlament seçkilərində də uğurlar arzulayırıq", - deyə Nikolay Nikolov bildirib.


Etiketlər:  Bolqarıstanlı müşahidəçi Seçkilərin səviyyəsi məni tamamilə qane etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ