Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 10:36
FİFA Bəhreyn millisinin futbolçusu Sayed Bakerə ağır cəza tətbiq edib.
Qol.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, buna onun DÇ-2022-nin seçmə mərhələsində Honqkonqla görüşdən (0:0) sonra üzünü rəqib azarkeşlərə tərəf çevirərək, "qıyıq göz" jestini etməsi olub. Bunu irqçilik kimi dəyərləndirən qurum 25 yaşlı müdafiəçini 10 oyunluq cəzalandırıb.
Bundan başqa, Baker 27.6 min avro məbləğində cərimələnib.