Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sibirli biznesmen kəndi sakinləri ilə birlikdə satışa çıxardı

Sibirli biznesmen kəndi sakinləri ilə birlikdə satışa çıxardı

Tarix: 24 Dekabr 2019 19:32

Rusiyanın Krasnoyarsk diyarından olan biznesmen özünü İdrinsk rayonnun Vasilyev kəndinin sahibi elan edərək kəndi sakinləri ilə birlikdə satışa çıxarıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, iş adamı 45 evdən və heyvandarlıq kompleksindən ibarət kənd üçün 20 milyon rubl istəyib. Biznesmenin nümayəndələri "sakinlərlə istədiyinizi edə, hətta onları qova bilərsiniz" deyə bildiriblər.

Qeyd edək ki, 1980-ci illərin sonunda Vasilyevka kəndinin inkişafı üçün dövlət tərəfindən pul ayrılıb. Həmin vaxt podratçı kimi Minusinsk inşaat kombinatı çıxış edib. Onun rəhbəri kənd təsərrüfatı məhsullarının istehsalı üçün müddətsiz istifadə şərti ilə torpaq sahələri alıb. Daha sonra isə gözlənilmədən kəndin sahibi olub.


Etiketlər:  Sibirli biznesmen kəndi sakinləri ilə birlikdə satışa çıxardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ