Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 20:12
Ermənistanın TV5 kanalının sahibi Armeb Tavadyan saxlanılıb.
"Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin məlumatında deyilir. O, 1 mart 2008-ci il hadisələri ilə bağlı şahidlərdən birinə ifadəsini dəyişməsi üçün rüşvət verməkdə ittiham olunur.
Daha əvvəl polis eks-prezident Robert Koçaryanın tərəfdarlarından birinin 2008-ci il hadisələriylə əlaqədar öz ifadələrini dəyişmələr üçün qurbanlara və şahidlərə rüşvət təklif etməsi haqda video-material yaymışdı. Faktla bağlı cinayət işi açılmış və Koçaryanın tərəfdar olan Varujan Mkrtçyan həbs edilmiş, daha sonra girov qarşılığında sərbət buraxılmışdı. Tavadyanın da məhz həmin səbəbdən saxlanıldığı bildirilib.