Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 20:46
Bundesliqada işləri qaydasına düşən "Şalke"də noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, mükafatı Helzenkirhen təmsilçisinin türk müdafiəçisi Ozan Kabak qazanıb.
19 yaşlı futbolçu azarkeşlərin qatıldığı sorğuda 48 faiz səs toplayıb. Türkiyə millisinin üzvü cari mövsüm Bundesliqada 13 oyun keçirib, 3 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.