Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağstafada mərmi tapılıb

Ağstafada mərmi tapılıb

Tarix: 25 Dekabr 2019 07:12

Bakı. Trend:

Ağstafa rayonunun Ağgöl kəndi ərazisində 1 ədəd mərmi tapılıb.

2019-cu il 24 Dekabr tarixində saat 13:03-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 60 mm-lik minaatan mərmisi aşkar olunub, silahdan atıldığına və partlamadığına görə Agentliyin mütəxəssisləri tərəfindən partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ağstafada mərmi tapılıb Ağstafada mərmi tapılıb Ağstafada mərmi tapılıb Ağstafada mərmi tapılıb Ağstafada mərmi tapılıb Ağstafada mərmi tapılıb Ağstafada mərmi tapılıb Ağstafada mərmi tapılıb Ağstafada mərmi tapılıb Ağstafada mərmi tapılıb Ağstafada mərmi tapılıb Ağstafada mərmi tapılıb Ağstafada mərmi tapılıb Ağstafada mərmi tapılıb


Etiketlər:  Ağstafada mərmi tapılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ