Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KİVDF Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF Müşahidə Şurasının növbəti iclası keçirilib

Tarix: 25 Dekabr 2019 18:14

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Sonxeber.net xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Fondun 2020-ci ilin I yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;

2. Fondun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsi və təsdiqi.

Müzakirəyə çıxarılan birinci məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, KİV-lərə maliyyə yardımı müsabiqəsinin 2019-cu il dekabrın 26-dan 2020-ci il yanvarın 10-dək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur. V.Səfərli KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin elanında hər hansı dəyişikliyin nəzərdə tutulmadığını bildirib. İcraçı direktor, həmçinin vurğulayıb ki, 2019-cu ilin II yarısında olduğu kimi, 2020-ci ilin I yarısında da ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsi və maliyyələşdirilməsi təklif edilir.

Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanı ilə bağlı fikirlərini bölüşüblər. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Əvəz Rüstəmov, Ramiz Əskər, Rasim Həsənov və Ayaz Mirzəyev KİV-lər üçün keçirilən müsabiqənin onların maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Müsabiqə elanı səsə qoyularaq təsdiq edilib.


Etiketlər:  KİVDF Müşahidə Şurasının növbəti iclası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ