Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış jurnalistdən “Gələcəyə ön söz”

Tanınmış jurnalistdən “Gələcəyə ön söz”

Tarix: 25 Dekabr 2019 18:50

Qulu Məhərrəmlinin publisistik məqalələr toplusu işıq üzü gördü.

"Altun kitab" nəşriyyatında tanınmış jurnalist və publisist, professor Qulu Məhərrəmlinin "Gələcəyə ön söz" adlı kitabı çapdan çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinə həsr edilmiş kitabda müəllifin 2013-2019-cu illərdə "Ayna" qəzetində və ayna.az saytında dərc edilmiş publisistik məqalələri toplanmışdır. Müxtəlif mövzuları əhatə edən bu yazılarda yaşadığımız dövrün, cəmiyyətin və ölkənin ən fərqli problemləri, o cümlədən Azərbaycan mediasının problemləri qələmə alınmışdır.

Müasir dünyamızda mövcudluq uğrunda çarpışan insanların üzləşdiyi müxtəlif sosial-mənəvi problemlərdən, müasirlərimizin duyğu və düşüncələrindən bəhs edən bu yazılar bütövlükdə yaşadığımız dövrün mürəkkəb mənzərəsini yaradır.


Etiketlər:  Tanınmış jurnalistdən Gələcəyə söz


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR