Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 07:12
"Huawei" şirkəti "YouTube", "Gmail" və digər "Google" servislərini tam əvəzləyəcək xidmətlər yaratmaqla bağlı planlarını açıqlayıb. Bu işdə Çin şirkətinə Hindistan proqram tərtibatçıları yardımçı olacaq.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Huawei" və "Honor" şirkətlərinin Hindistan filiallarının baş direktoru Çarlz Penqin sözlərinə görə, "Honor" Hindistanın 150 populyar mobil əlavə tərtibatçısını öz platformasına cəlb etmək və "Google" servislərini əvəzləyəcək xidmətlər hazırlamaq məqsədilə onlarla danışıqlar aparır. Şirkət onlardan smartfonlar üçün "Huawei" servisləri ekosisteminə daxil ediləcək proqramlar almaq niyyətindədir.
"Naviqator, messencer, ödəniş sistemi kimi əsas mobil əlavələr dekabrın sonunadək hazır olacaq", - Ç.Penq qeyd edib.
Çin şirkəti təkcə Hindistan deyil, həm də Avropa mütəxəssisləri ilə əməkdaşlıq etmək niyyətindədir. "Huawei" nümayəndəsinin sözlərinə görə, şirkət hər regionda yerli istifadəçilərə 100-150 populyar mobil proqram təklif edəcək. Ekspertlərin fikrincə, "Huawei" bununla "Google" servisləri ilə rəqabət aparmağa çalışacaq.