Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı biznesmen Rusiyanın məşhur mağazalar şəbəkəsini aldı - FOTO

Azərbaycanlı biznesmen Rusiyanın məşhur mağazalar şəbəkəsini aldı - FOTO

Tarix: 26 Dekabr 2019 09:20

29 yaşlı İlqar Sabir oğlu Səfərova məxsus "Falcon Home Distribution" şirkəti 2019-cu il dekabrın 12-də "Mosxoztorq" mağazalar şəbəkəsinin yeganə sahibinə çevrilib.

Sonxeber.net qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Rusiyanın hüquqi şəxslərin qeydiyyatı Reyesterindən bildirilib.

Buna qədər "Mosxoztorq"un 39,5%-i reteylerin təsisçilərindən biri İlya Polyaçkova məxsus olub. O, aksiyaları hansı səbəbdən satdığını açıqlamayıb.

2018-ci ildə Sofiyada qeydiyyatdan keçən "Falcon Home Distribution" barədə şirkətin mebel, parça, ayaqqabı və s. malların satışı ilə məşğul olduğu məlumdur. Onun əvvəlki sahibi 50 yaşlı Azərbaycan vətəndaşı Zaur Mişiyev olub. 2019-cu ilin sentyabrından onun yeganə sahibi Azərbaycan vətəndaşı İlqar Səfərovdur.


Etiketlər:  Azərbaycanlı biznesmen Rusiyanın məşhur mağazalar şəbəkəsini aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ