Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Barkod nədir?

Barkod nədir?

Tarix: 26 Dekabr 2019 21:52

Hər birimiz marketlərdə aldığımız istənilən malın üzərindəki şaquli ağ-qara cizgilər və rəqəmlərdən ibarət etiketin olduğunu görürük. Bu etiket yazısı barkod adlanır.

Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, kassirlər malın barkod tərəfinə xüsusi cihazla işıq tutaraq qiyməti avtomatik hesablayıb sizə deyir. Bəs barkod nə üçün istifadə olunur və onun üzərindəki rəqəmlərin mənası nədir?

    Barkod (barcode) - müəyyən informasiyanı texniki vasitələrlə rahat oxunacaq şəkildə təqdim edən qara və ağ zolaqların ardıcıllığıdır. Barkod vasitəsilə məhsulların bəzi mühüm parametrləri haqqında informasiya kodlaşdırılır. Barkod nömrələri ticarətdə, anbar uçotunda, poçtda, kitabxana işində, mühafizə sistemlərində, quraşdırma istehsalatında, sənədlərin işlənməsində istifadə olunur. Barkodların oxunması üçün barkod skaneri adlanan xüsusi cihazlardan istifadə olunur. Skaner öz işıqlandırıcısı ilə barkodu işıqlandırır və əldə olunan təsviri oxuyur.

Barkod sisteminin bir neçə geniş yayılmış formatları var: Amerikan Universal əmtəə kodu UPC və Avropa kodlaşdırılma sistemi EAN. Daha geniş yayılmış EAN/UCC kodları: EAN-13, EAN-8, UPC-A, UPC-E əmtəə nömrələri və 14-rəqəmli ITF-14 nəqliyyat qablaşdırması kodu. Ən çox istifadə edilənlər UPC və EAN-dır. UPC nömrələmə sistemi Kanada və Amerikada, EAN-13 nömrələmə sistemi isə Avropada istifadə edilməkdədir.

Misal: EAN-13 barkod nümunəsi:

Без названия

Ölkə kodu - məhsulun (istehsalçı və ya satıcının) mənşə ölkəsini bildirir; İstehsalçının kodu - ölkə kodunun uzunluğundan asılı olaraq 4 və ya 5 rəqəmdən ibarət olur və istehsalçı müəssisəni bildirir; Əmtəə kodu - əmtəənin adını, onun istehlak xassələrini, ölçülərini, kütləsini, rəngini ifadə edir; Nəzarət rəqəmi - skanerlə zolaqların düzgün oxunmasını yoxlayan nəzarət rəqəmidir; Lisenziyaya əsasən hazırlanmış əmtəənin nişanı.

Ölkə kodu, bir qayda olaraq, EAN Beynəlxalq assosiasiyası tərəfindən verilir. Ölkə kodu heç bir halda bir rəqəmli olmur. 2 və ya 3 rqəmli olur. Bəzən etiketin üzərinə vurulan kod, qablaşdırmanın üzərində göstərilən istehsalçı ölkəyə uyğun olmur və bunun bir neçə səbəbi ola bilər:

"EAN" sistemində ölkələr üzrə barkodlarının uyğunluq cədvəli:


Etiketlər:  Barkod nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ