Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 09:16
Azərbaycan Milli Karate Federasiyası 2019-cu ili uğurla başa vurur.
Azərbaycan Milli Karate Federasiyasından Sonxeber.net-a verilən məlumata görə, müxtəlif yaş qruplarında karateçilərimiz 2019-cu ildə beynəlxalq yarışlarda - 62 qızıl, 46 gümüş, 76 bürünc medal qazanıblar. Belə ki, yeniyetmə və gənclərin Avropa çempionatında 4 qızıl və 1 bürünc, böyüklərin Avropa çempionatında 1 qızıl, yeniyetmə və gənclər arasında dünya çempionatında 2 gümüş və 5 bürünc, Avropa Oyunlarında isə 1 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edilib.
WKF-nin rəsmi turnirlərində - 2 qızıl və 1 bürünc medal dünya kubokunda, 3 qızıl, 4 gümüş və 7 bürünc medal "Karate1" Premyer Liqa turnirlərində, 1 qızıl, 1 gümüş və 1 bürünc medal "Karate1" Seriya A turnirlərində, 2 qızıl, 3 gümüş və 5 bürünc medal isə gənclərin liqa turnirlərində qazanılıb.
İl ərzində beynəlxalq turnirlər və rəsmi yarışların ümumi nəticələrini nəzərə alsaq, müxtəlif yaş qruplarında milli komandanın üzvləri 76 qızıl, 109 gümüş və 97 bürünc olmaqla, ümumilikdə 282 medala sahib olublar. Ölkədaxili beynəlxalq turnirlərdə yerli idmançılar böyük üstünlük təşkil etdiyindən, onların nəticələri rəsmi statistikaya daxil edilməyib.