Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 18:56
"Yuventus"un oyunçusu Kriştiano Ronaldo məşhur tennisçi Novak Cokoviçə tullanmaq texnikasını öyrədir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ulduz futbolçu İnstagram hesabında tennisçiyə düzgün tullanmağın üsullarını öyrədən videosunu paylaşıb.
Ronaldo postun altından bu sözləri yazıb: "Cokoviçə hündürlüyə tullanmağı öyrədərkən. Səninlə görüşmək və birlikdə məşq etmək xoşdur".
Qeyd edək ki, Ronaldo bu yaxınlarda İtaliya çempionatında "Sampdoriya"nın qapısına 2 metr 56 santimetr hündürlükdən başla vurduğu qolla gündəmə gəlib.