Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eksternat imtahanları başa çatıb - FOTO

Eksternat imtahanları başa çatıb - FOTO

Tarix: 27 Dekabr 2019 19:20

Dekabrın 27-də Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb.

Sonxeber.net xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsini bitirə bilməyən şəxslər iştirak edib.

Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana hər iki səviyyə üzrə 847 nəfər qatılıb.

Tam orta təhsil səviyyəsi üzrə eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla 11 fənn (Ana dili (təlim dili), ədəbiyyat, riyaziyyat, kimya, fizika, informatika, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya və xarici dil) üzrə imtahan veriblər.

Ümumi orta təhsil səviyyəsi üzrə isə eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla 12 fənn (Ana dili (təlim dili), ədəbiyyat, kimya, fizika, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, xarici dil, informatika, biologiya, coğrafiya və həyat bilgisi) üzrə imtahan veriblər.


Etiketlər:  Eksternat imtahanları başa çatıb FOTO


RƏYLƏR