Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə ''McDonalds'' restoranlarının fəaliyyəti dayandırılıb

Bu ölkədə ''McDonalds'' restoranlarının fəaliyyəti dayandırılıb

Tarix: 27 Dekabr 2019 21:54

Peruda "McDonalds" restoranlarının fəaliyyəti dayandırılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Peruda fəaliyyət göstərən "McDonalds" restoranlarının birində bədbəxt hadisə baş verib. Belə ki, restoranda işləyən iki gənc əməkdaş iş fəaliyyəti zamanı elektrik enerjisinin vurması nəticəsində dünyasını dəyişib. Bu səbəbdən Perunun paytaxtın Limada "Alexandra və Gabriyelə ədalət" şüarı ilə etirazlar başlayıb və ölkə üzrə "McDonalds"ın 29 filialı öz fəaliyyətlərini dayandırıb. Əsasən gənclərin üstünlük təşkil etdiyi aksiyada insanlar buradakı istismar xarakteri daşıyan əmək şərtlərinə və iş fəaliyyəti zamanı qeyri sağlam və təhlükəli halların baş verməsinə qarşı etiraz ediblər.


Etiketlər:  ölkədə McDonalds restoranlarının fəaliyyəti dayandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ