Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 07:32
"Apple" şirkəti mobil rabitə provayder və operatorlarından yan keçərək "Apple" qurğularına peyk məlumat ötürmə texnologiyasının yaradılması üzrə layihə üzərində çalışan məxfi mühəndislər qrupu formalaşdırıb. Bu barədə "Bloomberg" agentliyinin layihə ilə tanış mənbələrə istinadən məlumatında deyilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, jurnalistlərin məlumatına görə, ilkin mərhələdə olan layihənin ləğv edilməsi gözlənilsə də, "Apple" rəhbəri Tim Kuk ideyaya maraq göstərərək layihəni prioritetli hesab edib. Nəticələri beş il ərzində təqdim ediləcək layihə çərçivəsində mühəndislər tərəfindən ABŞ istehsalçısına vasitəçi operatorlardan asılı olmadan proqram təminatı və digər informasiyanı birbaşa istifadəçi qurğularına yükləməyə imkan verəcək yeni nəsil telekommunikasiya peykləri və simsiz məlumat ötürmə texnologiyası hazırlanır. Bundan başqa, gələcək peyklər "Apple" qurğularının olduğu yerin daha dəqiq izlənilməsi üçün istifadə oluna bilər.
Bildirilir ki, hazırda şirkətin məlumatların mövcud peyklərdən alınaraq mobil qurğulara ötürülməsi üçün öz peyk qruplaşmasını formalaşdıracağı və ya yerüstü avadanlığın yaradılması ilə kifayətlənəcəyi məlum deyil. "Apple" nümayəndəsi şirkətin planlarını şərh etməkdən imtina edib.