Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 11:58
Moskvanın “Spartak” klubu futbolçusu Ayaz Quliyevi icarəyə verməyə hazırlaşır.
Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı futbolçunun 2018/19 mövsümündə icarə əsasında oynadığı “Rostov”a qayıtmaq ehtimalı var. Bundan başqa 23 yaşlı yarımmüdafiəçi ilə real maraqlananlar sırasında Kazanın “Rubin” klubunun da olduğu bildirilir.
Yaxın günlərdə bu məsələyə dair yekun qərarın veriləcəyi bildirilir.
Qeyd edək ki, A.Quliyev bu mövsüm 15 matçda meydana çıxsa da, onun oyunu məşqçiləri razı salmayıb.