Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Növbədənkənar parlament seçkiləri ilə bağlı 5 milyondan çox bildiriş çap ediləcək

Növbədənkənar parlament seçkiləri ilə bağlı 5 milyondan çox bildiriş çap ediləcək

Tarix: 28 Dekabr 2019 14:54

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən icasında verilib.

İclasda bildirilib ki, seçkilərlə bağlı 5 375 967 bildirişin çap edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

Milli.Az


Etiketlər:  Növbədənkənar parlament seçkiləri ilə bağlı 5 milyondan çox bildiriş çap ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ