Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI

Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI

Tarix: 29 Dekabr 2019 03:32

Şotlandiyada yaşayan cütlük doğulmamış uşaqlarının cinsiyyətini öyrənmək üçün həkim müayinəsinə gediblər. Lakin uşaqlarının əl hərəkətini görən valideynlər şok olublar.

Sonxeber.net xəbər verir ki, Şotlandiyanın Qlazqo şəhərində yaşayan Tom Dovie və Kaitlin Vels cütlüyü uşaqlarının cinsiyyətini öyrənmək üçün xəstəxanaya gediblər. 19 həftəlik hamilə olan Kaitlin müayinə olunarkən uşağın atası kamera ilə çəkiliş edib. Uşağın ekrandan görünən əl hərəkətləri həkimi və valideynləri təəccübləndirib. Buna səbəb isə uşağın barmaqlarını rok musiqiçilərinə məxsus əl işarəsini göstərməsi olub. Maraqlısı odur ki, uşağın atası Tom rok musiqisinin pərəstişkarıdır. Həkim daha əvvəl belə bir hadisə ilə qarşılaşmadığını etiraf edib.

Cütlük həmin fotonu sosial mediya hesabında yayımlayıb. Lakin uşaqlarının cinsiyyətini açıqlamayıblar. (ölkə.az)


Etiketlər:  Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ