Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klopp və Messi ilin ən yaxşısı elan olundu

Klopp və Messi ilin ən yaxşısı elan olundu

Tarix: 29 Dekabr 2019 16:22

"World Soccer Awards" 2019-cu ilin ən yaxşılarının adlarını açıqlayıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, sorğuda "Barselona"nın kapitanı Lionel Messi hamıdan çox xal toplayıb.

Argentinalı superulduz 613 səslə 2019-cu ilin ən yaxşı futbolçusu olub. O, bununla 5-ci dəfə bu ada layiq görülür. 2009, 2011, 2012 və 2015-ci illərdə də eyni uğuru təkrarlayan Messi bu sayda "Yuventus"un hücumçusu Kriştianu Ronalduya çatıb.

İlk "üçlüy"ün digər simaları "Liverpool"lular olub. Müdafiəçi Vircil van Dayk Messidən cəmi 11 səs az toplayıb. Hücumçu Sadio Mane isə 366 səslə üçüncü olub.


Etiketlər:  Klopp Messi ilin yaxşısı elan olundu


RƏYLƏR