Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 21:16
Dekabrın 29-da Yaponiyanın vəliəhd-şahzadəsi Akişinonun qızı şahzadə Kakonun 25 yaşı tamam olur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, şahzadə Kako ötən payız Tokio Beynəlxalq Xristian Universitetində ali təhsilini başa vurub. Ötən il o, bir çox tədbirlərdə, o cümlədən İmperator Naruhitonun taxta çıxması mərasimində iştirak edib.
Şahzadə, həmçinin iyun ayında ilk dəfə anasının adından uşaq kitablarına mükafatların təqdim edilməsi mərasiminə qatılıb. Həmin mərasimdəki nitqini hazırlamaq üçün şahzadə bütün namizədlərin kitablarını mütaliə edib.
Şahzadə Kako xaricə ilk səfərini də cari ilin sentyabrında reallaşdırıb. Həmin səfər zamanı o, Yaponiya ilə qarşılıqlı münasibətlərin qurulmasının 150 illiyini qeyd edən Avstriya və Macarıstanda olub. Bu səfər ərəfəsində şahzadə həmin ölkələrin tarixinə və mədəniyyətinə dair kitablar mütaliə edib, mütəxəssislərlə məsləhətləşib.