Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 22:42
Dekabrın 29-da Yeni il ərəfəsində Yaponiyanın dəmir yolu vağzallarında və aeroportlarında bayram gəzintisinə və doğma yerlərə yola düşənlərin sayı artmaqda davam edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkənin avtomobil yollarında da bayram gəzintisinə yollananlara görə böyük tıxaclar yaranıb. Yaponiya dəmir yolları şirkətlərinin yaydığı məlumata görə, böyük şəhərlərdən əyalətlərə hərəkət edən sürətli "Şinkansen" qatarlarında demək olar ki, boş yer yoxdur. Aviaşirkətlər də Tokio və Osakadan xaricə yola düşən təyyarələrdə bütün yerlərin tutulduğunu elan edirlər. Hətta Tokiodan prefekturalar istiqamətində sürətli yollarda belə böyük tıxacların yarandığı bildirilir.