Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 11:20
Heç kimlə problemim yoxdur, sadəcə, aramızda anlaşılmazlıq olur.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan "X maqazin"ə açıqlamasında deyib. Müğənni küsülü olduğu həmkarı Faiq Ağayevə barışıq jestindən danışıb:
"Biz bir-birimizə qarşı deyilən sözü düzgün qəbul etmirik, bu hal evimizdə də baş verir. Yazdılar "Barışmaq istəyir". Belə deyil, mən istədiyimi hər zaman edirəm.
İlk dəfə məni İnstaqram-da "qara siyahıya" Faiq Ağayev atmışdı. Gəlib dedi ki, səni görə bilmirəm. Cavab verdim ki, aç, gör, niyə?