Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir müavini Mətin Kərimli BƏT-də yüksək vəzifəyə təyin olundu

Nazir müavini Mətin Kərimli BƏT-də yüksək vəzifəyə təyin olundu

Tarix: 30 Dekabr 2019 11:28

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktoru vəzifəsinə təyin olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ficinin paytaxtı Suva şəhərində yerləşən BƏT-in Sakit Okean hövzəsi ölkələri üzrə Ofisi regiondakı 22 ölkədə layiqli əməyin təşviqinə, hökumətlər, həmkarlar təşkilatları və sahibkarlar təşkilatları ilə tərəfdaşlığın inkişaf etdirilməsinə, məşğulluq və sosial müdafiə sahələrinə aid olan BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına, eləcə də regionda BƏT-in mandatından irəli gələn digər məsələlərə məsuldur.

2020-ci ilin yanvar ayının sonunda yeni vəzifəsində fəaliyyətə başlayacaq Mətin Kərimli BƏT sistemində belə yüksək vəzifədə işləyəcək ilk Azərbaycan vətəndaşı olacaq.

Mətin Kərimli 2014-cü ilin fevral ayından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışırdı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Nazir müavini Mətin Kərimli BƏT yüksək vəzifəyə təyin olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ