Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qoşqar Təhməzli: İctimai iaşə obyektlərinin sahiblərini daha diqqətli olmağa səsləyirik

Qoşqar Təhməzli: İctimai iaşə obyektlərinin sahiblərini daha diqqətli olmağa səsləyirik

Tarix: 30 Dekabr 2019 13:42

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli bayram günlərində qidalanma ilə bağlı əhaliyə və ictimai iaşə obyektlərinin rəhbərlərinə də müraciət edib.

Trend-in məlumatına görə, mətbuat konfransında çıxış edən Agentlik sədri Qoşqar Təhməzli bildirib ki, bayram günlərində ictimai iaşə obyektlərinə müraciətlər və istehlak daha çox olur. Ona görə də, hər bir vətəndaş qidalanmasına nəzarət etməlidir:

"Yeni il bayramı ilə əlaqədar müxtəlif ictimai iaşə müəssisələrində, restoran, şadlıq saraylarında hazırlıq gedir. Ailələr də fərdi qaydada bayrama hazırlıq edirlər. Bu günlərdə hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir. İctimai iaşə obyektlərinin sahiblərini daha diqqətli olmağa səsləyirik. Onlar öz məsuliyyələrini dərk etməlidilər".

Q.Təhməzli bildirib ki, qış turizmi ilə əlaqədar Azərbaycana çoxlu sayda xarici vətəndaşlar gəlir: "Bu məqsədlə də ictimai iaşə obyektlərinin sahiblərinə səslənirəm ki, onlar ölkənin imicini də nəzərə almalıdırlar, onların hər hansı yanlış hərəkəti Azərbaycanın nüfuzuna mənfi təsir göstərə bilər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Qoşqar Təhməzli İctimai iaşə obyektlərinin sahiblərini daha diqqətli olmağa səsləyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ