Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 14:58
Pendik əyalətində avtobusda səyahət edən qadın oradakı sərnişinlərdən birinin qızına qarşı qeyri-etik rəftar etdiyini iddia edərək onu yumruqlamağa başlayıb.
Sonxeber.net unikal.org-a istinadən xəbər verir ki, avtobus dayanacaqda dayanarkən həmin şəxs oradan qaçmağa cəhd etsə də digər vətəndaşlar tərəfindən tutulub və qaçmasının qarşısı alınıb. Sakinlər onu linç etməyə başlayıblar.
Davanın qarşısını alaq üçün sürücü polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları təcavüzkar şəxsi saxlayıb bölməyə aparıblar.
Həmin anlar avtobusdakı təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.