Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 16:22
UEFA-nın prezidenti Aleksandr Çeferin VAR (Video assistant referee) sistemi ilə bağlı dəyişiklik edilməsini istəyir.
Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, qurum rəhbəri UEFA-nın elit baş məşqçilərinin seminarında Zinəddin Zidan, Pep Qvardiola, Yurgen Klopp, Karlo Ançelotti, Massimilyano Alleqri kimi mütəxəssislərlə fikir mübadiləsi aparıb. Çeferin VAR-la bağlı bunları deyib: "VAR ekranında oyunçuların dayandıqları yerlərə görə qərar verilir. Bir oyunçunun ayaqqabısının ölçüsü böyük və ya həmin şəxsin burnu uzundursa, oyundankənar vəziyyət qeydə alınır".
Sloveniyalı funksioner gələn il fevralın 29-u Beynəlxalq Futbol Birliyinin iclasında bu məsələni müzakirəyə çıxaracağını deyib. O, VAR-da müəyyən dəyişikliklərin lazım olduğunu bildirib.
UEFA hər komandaya bir oyun üçün iki dəfə VAR-dan şikayət etmək haqqı verməyi düşünür. Bu hüquqdan komandanın baş məşqçisi istifadə edəcək. Hakim baş məşqçinin etirazından sonra ekrana gedib epizodu izləməli olacaq.