Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uruqvayda qadın zorakılıqları ilə əlaqədər fövqəladə vəziyyət elan edilib

Uruqvayda qadın zorakılıqları ilə əlaqədər fövqəladə vəziyyət elan edilib

Tarix: 31 Dekabr 2019 09:18

Uruqvay Prezidenti Tabare Vaskes qadın ölümləri ilə nəticələnən cinayətlərin çoxalması ilə əlaqədər ölkədə fövqəladə vəziyyət elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə başçısının administrasiyasının saytında dərc edilmiş sərəncamda deyilir.

Sərəncamda qeyd edilir: "Son dövrlərdə qadınlara qarşı şiddət aktlarının yaratdığı narahatlıqları nəzərə alaraq, cinsi zorakılıq cinayətləri səbəbiylə milli səviyyədə fövqəladə vəziyyət elan etmək qərara alınıb."

Məktəblərdə və həbsxanalarda qadınların müdafiəsini təbliğ edən ictimai kampaniyalar və virtual kurslar keçiriləcək.


Etiketlər:  Uruqvayda qadın zorakılıqları ilə əlaqədər fövqəladə vəziyyət elan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ