Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alina Kabayeva əkiz uşaq doğdu

Alina Kabayeva əkiz uşaq doğdu

Tarix: 13 May 2019 17:52

Bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayeva ana olub.

Qol.az-ın Rusiyanın Dom2Life.ru saytına istinadən yaydığı xəbərə görə, mayın 7-si səhər saat 10-da o, əkiz oğlan uşaqları dünyaya gətirib. Bildirilib ki, Moskvadakı klinikalardan birində doğuş edən 36 yaşlı Kabayeva 4-cü mərtəbədəki VİP-palatada qalıb. Bu mərtəbədə qalan bütün xəstələr həmin günlərdə digər mərtəbələrdəki başqa otaqlara köçürülüb.

4-cü mərtəbəni bir çox mühafizəçi qoruyub, kənar şəxslərin ora daxil olmasına icazə verilməyib. Kabayeva üçün yeməklər Moskvadakı elit restoranlardan gətirilib.

Əkizlərin adları və atalarının kimliyi barədə məlumat verilməyib.

 


Etiketlər:  Alina Kabayeva əkiz uşaq doğdu


RƏYLƏR