Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 14:12
"Uber Technologies" şirkətinin keçmiş icraçı direktoru (CEO-su) Travis Kalanick idarə heyətindən də ayrılır. O, 10 il əvvəl qurucu ortağı olduğu, ən dəyərli və mübahisəli "start-up" halına gəlməsində rol oynadığı "Uber" ilə qalan son əlaqəsini də kəsir.
Sonxeber.net marja.az-a istinadən bildirir ki, 43 yaşındakı Kalanick, taksi çağırma şirkətindəki qalan bütün səhmlərini sataraq yeni iş fikirlərinə və xeyriyyəçilik fəaliyyətlərinə yönəlməyi planlaşdırır.
Eləcə də bax: Uber-in səhmləri kəskin - UCUZLAŞIB
Digər qurucu ortaq olan Garrett Camp ilə "Uber"i quran Kalanick, şirkətin bir qara avtomobil xidmətindən, yemək xidməti, fraxt və vertolyot uçuş xidməti təmin edən qlobal bir nəqliyyat nəhənginə çevrilməsinə qatqı təmin edib.
Kalanick 2017-ci ilin İyun ayında icraçı direktor vəzifəsindən azad edilib. Onun, aqressiv olduğuna və bəzən saymaz rəhbərlik etdiyinə görə işdən çıxarıldığı danışılır. Kalanick iş mühitində qadınlara mənfi yanaşması ilə də tanınır.
Etdiyi açıqlamada "Uber son 10 ildir həyatımın bir parçası idi" deyən Kalanick, "Mənim üçün ən doğru olan bu ankı işlərimə və xeyriyyəçilik fəaliyyətlərimə fokuslanmamdır" şəklində danışıb.