Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Siti''yə uduzdu, istefaya göndərildi

''Siti''yə uduzdu, istefaya göndərildi

Tarix: 13 May 2019 18:32

İngiltərə Premyer Liqası təmsilçisi "Brayton" baş məşqçisi Kris Hyutonla yolları ayırıb.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat  yayıb. Komandanın ölkə çempionatnın son turunda "Mançester Siti"yə 1:4 hesabı ilə uduzmağından sonra bu qərar verilib.  Komandanın cari mövsüm uğursuz çıxışı səbəbindən K.Hyuton istefaya göndərilib.

Son 23 liqa matçında cəmi 3 qələbə qazanan "Brayton" bu mövsümü 17-ci pillədə başa vurub.

Qeyd edək ki, K.Hyuton 2014-cü ildən "Brayton"u çalışdırırdı. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə olaraq Premyer Liqaya yüksəlmişdi.

 


Etiketlər:  Sitiyə uduzdu istefaya göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ