Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 20:20
Bakı. Trend:
Çinin Uhan şəhərində (Hubey vilayətinin inzibati mərkəzi) ən az 27 nəfər pnevmaniyanın naməlum növlərindən xəstələnib.
Trend-in məlumatına görə, yeddi xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Məlumata əsasən, hakimiyyət orqanları virusun mənbəyini təyin edirlər. Epidemioloqlar onun xüsusiyyətlərini araşdırırlar. Epidemioloqların dediklərinə görə, insanların infeksiyaya yoluxması ilə bağlı bir çox hadisələr təzə dəniz məhsulları bazarı ilə əlaqələndirilir.
Həkimlərin qeyd etdiyi kimi, yoluxanların əksəriyyətində xəstəlik ağırlaşmadan davam edir. Onlardan ikisi sağalmağa doğru gedir və tezliklə tibb müəssisələrindən buraxılacaqlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!