Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 23:48
Çinin "Space Trek Technology" şirkəti bu il 25 dekabrda Jiuquan kosmodromundan suborbital uçuş yolu ilə "Exploration-1" bərk yanacaq raketin ilk buraxılışını uğurla başa vurub.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, "Exploration-1" raketi, gələcək kosmik texnologiyaların sınanması üçün "Beijing Xingtu Discovery Technology Co., Ltd" şirkəti tərəfindən hazırlanmış müxtəlif yönlü uçuş test platformasıdır. "Exploration-1" raketin hündürlüyü 7.4 metr, diametri 1.0 m, başlama ağırlığı 5.8 ton, yükgötürmə qabiliyyəti 700 kq, uçuş hündürlüyü 30-350 km, uçuş sürəti 4-10 metrdir. Uçuş zamanı bərk yanacaqdan istifadə olunur. "Space Trek" rəhbərlərinin sözlərinə görə, sınaqlar mikrosatut peyk xidmətləri üçün "Starway-1" buraxılış vasitəsinin yaradılmasında mühüm addım olacaqdır. Şirkət gələn ilin sonuna qədər belə bir raket hazırlamağa ümid edir.