Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ İraqdakı səfirliyini qorumaq üçün əlavə qüvvələr göndərib

ABŞ İraqdakı səfirliyini qorumaq üçün əlavə qüvvələr göndərib

Tarix: 1 Yanvar 2020 04:20

Bakı. Trend:

ABŞ Bağdaddakı səfirliyinin əməkdaşlarına dəstək üçün İraqa əlavə qüvvələr göndərib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Mark Esperin bəyanatında deyilir.

M.Esper bildirib: "Amerika vətəndaşlarının, bu ölkədəki hərbi və diplomatik heyətin təhlükəsizliyini, özünümüdafiə hüququmuzu təmin etmək üçün müvafiq tədbirlər görmüşük. Səfirliyin əməkdaşlarına dəstək üçün əlavə qüvvələr göndərdik. Bütün ölkələr kimi, biz də hesab edirik ki, ev sahibi olan ölkənin qüvvələri bizim heyətimizin təhlükəsizliyini təmin edəcək. İraq hökumətini müvafiq beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq".

Nazirin sözlərinə görə, Pentaqon bu məsələ ilə bağlı Dövlət Departamenti ilə sıx işləyir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  ABŞ İraqdakı səfirliyini qorumaq üçün əlavə qüvvələr göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ