Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 07:02
Qış transfer dönəmində yeni hücumçu alacağı gözlənilən "Atletiko Madrid" "Borussia Dortmund"un futbolçusu Pako Alkaserlə maraqlanır.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi bu keçidi 30 milyon avroya həll etməyi planlaşdırır. Transferin növbəti günlərdə həll olacağı ehtimal edilir.
26 yaşlı forvard bu mövsüm 15 oyuna 7 qol vurub. İspaniya millisinin üzvü daha öncə La Liqada "Valensiya", "Getafe" və "Barselona"da oynayıb.