Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı işçi qrupunun iclası keçirilib

Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı işçi qrupunun iclası keçirilib

Tarix: 19 Aprel 2019 14:51

Bakı. Trend:

Ötən ilin dekabr ayının 18-də “Azərenerji” və “Gürcüstan Dövlət Elektrosistem” səhmdar cəmiyyətlərinin rəhbərləri arasında imzalanan “Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri” ilə bağlı memoranduma uyğun olaraq bu gün tərəflər arasında işçi qrupunun ilk iclası keçirilib.

"Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən Trend-ə verilən məlumata görə, işçi qrupunun ilk iclasında Azərbaycanla-Gürcüstan arasında mövcud olan və 1958-ci ildə tikildiyindən istismar müddətini başa vuran 330 kV-luq 1 dövrəli Qardabani elektrik hava xəttinin 2 dövrəli formada yenidən qurulması müzakirə edilib.

Eyni zamanda “Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri” ilə bağlı saziş layihəsinin digər detalları barədə də fikir mübadiləsi aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı işçi qrupunun iclası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ