Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 01:16
“Akhisarspor” klubu Türkiyə Superliqası ilə vidalaşıb.
Qol.az xəbər verir ki, hazırda 25 xalla 18 kollektiv arasında sonuncu pillədə qərarlaşan komandanın mövsümün sonuna iki tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib. Akhisar təmsilçisi 2019/2020 mövsümünü TFF 1-ci liqada keçirəcək.
1-ci liqadan isə Superliqaya vəsiqə qazanan iki klub müəyyənləşib. Biri millimizin sabiq hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Gənclərbirliyi”, digəri isə “Dənizlispor”dur. Mövsümün sonuna 1 tur qalmış “Gənclərbirliyi” 70 xalla 1-ci, “Dənizlispor” isə 69 xalla ikinci pillədə qərarlaşıb.